01 oktyabr 2024 09:55
399

Tbilisi prospektində yeni taksi duracaqları yaradılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Yasamal rayonunun Tbilisi prospektində taksi minik avtomobilləri üçün duracaq və minib-düşmə yerləri təşkil edib.

"İki sahil" agentliyə istinadən xəbər verir ki, burada 5 duracaq və 1 minib-düşmə yeri fəaliyyət göstərir. Duracaqlarda taksi olmayan avtomobillərin dayanması inzibati məsuliyyət yaradır və qayda pozuntusuna görə cərimə 40 manatdır.