01 oktyabr 2024 10:45
479

Dünya getdikcə kəskin hava şəraitlərinə məruz qalır - Natalia Alonso Cano

Dünya getdikcə kəskin hava şəraitlərinə məruz qalır. Yaxın günlərdə Mərkəzi və Şərqi Avropada 22 nəfərin həyatına son qoyan istilik və yanğınlar bunun nəticəsidir.

“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisinin rəhbəri Natalia Alonso Cano Bakıda İqlim Fəaliyyəti Həftəsinin (Baku Climate Action Week) ikinci günündə çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırda dünyada kənd təsərrüfatına yararlı torpaqların 50 faizinə iqlim dəyişikliyi təsir göstərir.

"Biz burada qlobal səviyyədə itkilərə qarşı mübarizə aparmalıyıq və işləri sürətləndirməliyik. Suyun istifadəsi və resursların paylanması strateji yanaşma olmalıdır. Risklərin idarə edilməsi icmalar səviyyəsində aparılmalıdır. Biz gərək dayanıqlı inkişafa sərmayə qoyaq. Bu insanları, torpaqları, gələcəyi qorumaq deməkdir. COP29 çərçivəsində biz bu həll yollarınl daha da dəqiqləşdirə bilərik. Bu bizim üçün çox yaxşı fürsətdir. Bizə lazım olan siyasi iradədir",- deyə o vurğulayıb.