Yer kürəsində su ehtiyatlarının həcmi getdikcə azalır.
“İki sahil” xəbər verir ki, bu barədə COP29 Prezidentliyinin Fəaliyyət Gündəliyi, Su ilə bağlı mərkəzin nümayəndəsi Kəmalə Hüseynli Abışova Bakıda İqlim Fəaliyyəti Həftəsinin (Baku Climate Action Week) ikinci günündə çıxışı zamanı deyib.
O qeyd edib ki, su ehtiyatlarının azalmasının qarşısını almaq üçün tədbirlər görülməlidir.
“COP29 Prezidentliyi su məsələsini gündəliyinə daxil edib. Məqsəd sırf su mövzusunda davamlı dialoqu təşviq etməkdir. Günbəgün Xəzər dənizinin suyunun azalmasının şahidi oluruq. Bu isə kifayət qədər narahatedici məsələdir.
Su ilə əlaqədar səsinizi ucaltmalıyıq. COP29 bunun üçün uğurlu bir platforma olacaq. Su uzun müddətdir birbaşa kənd təsərrüfatı ilə əlaqələndirilir. Lakin su biomüxtəlifliklə də bağlıdır”, - deyə o bildirib.