02 oktyabr 2024 08:09
414

Sabunçuda 20 yaşlı gənc qətlə yetirilib

Oktyabrın 2-də səhər saatlarında paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində 2004-cü il təvəllüdlü Nağıyev Xəyal Əbülfət oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Elçin Süleymanov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.