02 oktyabr 2024 08:46
231

150 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu qəzaya uğrayıb

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“İki sahil” xəbər verir ki,  150 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu minik avtomobili ilə toqquşub. Hadisə zamanı avtobusda olan sərnişin, 2000-ci il təvəllüdlü Babayev Əli Şahin oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.