02 oktyabr 2024 11:12
416

Xaçmazda 10-cu sinif şagirdi bıçaqlanıb

Xaçmaz rayonunda məktəbli sinif yoldaşını bıçaqlayıb.

“İki sahil” xəbər verir ki, Xaçmaz şəhər 9-saylı tam orta məktəbinin 10-cu sinif şagirdi Kənan Taryel oğlu Orucov öz sinif yoldaşı Ayxan Fuad oğlu Nəsrullayev tərəfindən bıçaqlanıb.

K.Orucov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırmalar aparılır.