Bərdə bazarında qadın əri tərəfindən bıçaqlanıb.
“İki sahil” xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Bərdə təzə bazar ərazisində sahibkarlıqla məşğul olan, 1978-ci il təvəllüdlü Qasımova Gülnar Ərşad qızı, həyat yoldaşı Qasımov Ayaz İmamqulu oğlu tərəfindən bıçaqlanıb. Kişi daha sonra özünə xəsarət yetirib.
Hər iki şəxs Bərdə Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, faktla bağlı araşdırma aparılır.