6 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak məqsədilə Rusiya Federasiyasının Moskva şəhərinə işgüzar səfərə yola düşüb.
"İki sahil" XİN-ə istinadən xəbər verir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı, habelə yüksək səviyyəli görüşlərdə iştirakı nəzərdə tutulur.
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib