Sabah Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri seçiləcək.
“İki sahil” xəbər verir ki, bununla bağlı parlamentin sabah keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.
Belə ki, iclasın gündəliyinə "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" məsələ daxil edilib.
Bununla da iclasın gündəliyində müzakirə olunacaq məsələlərin sayı 28-ə çatıb.
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib