"Azəriqaz" İstehsalat Birliyinin idarəetmə aparatında SOCAR-ın baş ofisinin əməkdaşlarının iştirakı ilə strateji rəhbər vəzifəsində işləyən işçilər üçün "İnsan resursları performansının idarə edilməsi sistemi" mövzusunda seminar keçirilib.
“İki sahil” xəbər verir ki, Birliyin baş direktoru, baş direktorun müavinləri və digər rəhbər şəxslərin iştirakı ilə keçirilən seminarda strateji rəhbərlərə SOCAR-da "İnsan resursları performansının idarə edilməsi sistemi"nin təkmilləşdirməsi ilə bağlı həyata keçirilən layihələr, tətbiq edilən yeni yanaşmalar barədə ətraflı məlumat verilib.
Həmçinin yeni yanaşmaların işçilərin əmək məhsuldarlığına, müəssisəyə bağlılığının artırılmasına və işçi məmnuniyyətinin yüsəldilməsinə təsirindən bəhs edilib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb