12 oktyabr 2024 15:38
529

Naxçıvanda bu ilin 9 ayında 1621 şəxsə əlillik təyin olunub

Naxçıvan Muxtar Respublikasında (MR) cari ilin 9 ayı ərzində 1621 şəxsə əlillik təyin olunub

“İki sahil” xəbər verir ki, 2024-cü ilin yanvar-sentyabr ayları üzrə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 1621 şəxsə əlillik təyin edilib. Onlardan 1005 nəfərə ilkin, 616 nəfərə isə təkrar əlillik təyinatı aparılıb.