12 oktyabr 2024 17:37
583

Gəlin maşını olan "BMW" "VAZ 21015" ilə toqquşub

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Cəlilabad şəhəri H.Əliyev prospektində qeydə alınıb. Belə ki, bəy maşını olan "BMW" markalı minik avtomobili "VAZ 21015" markalı minik avtomobili ilə toqquşub. İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ağır xəsarət alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.