12 oktyabr 2024 18:16
491

Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb

Oktyabrın 12-də saat 16 radələrində Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonunun Aydınqışlaq kəndi ərazisindən keçən hissəsində Təbib Təbibov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən piyada, 2015-ci il təvəllüdlü H.İsmayılovu vurub.

“İki sahil” xəbər verir ki, azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.