12 oktyabr 2024 19:56
539

Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə aparılacaq

Oktyabrın 20-də Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilmə həyata keçiriləcək.

“İki sahil” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, prosesin test imtahanı mərhələsi Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yaradılan imtahan mərkəzində təşkil olunacaq. Ümumilikdə prosesdə 319 tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur.

Məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlığının artırılması tədrisin keyfiyyətinə təsir edən əsas amillərdəndir. Pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilməsi və seminarlar təşkil olunub.