12 oktyabr 2024 20:54
361

58 yaşlı qadın toy mərasimində dünyasını dəyişib

Sumqayıtda 58 yaşlı qadın toyda ölüb.

“İki sahil” xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Toy mərasimində iştirak edən 1966-cı il təvəllüdlü Nargilə Gülməmməd qızı Şabanovanın halı pisləşib. O, elə restoranda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.