12 oktyabr 2024 22:29
682

Fövqəladə hallarla bağlı maarifləndirmə 

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə “Fövqaladə hallar zamanı baş verəcək hadisələrin qarşısının alınması” ilə bağlı  maarifləndirici tədbirdə mövzu ilə bağlı geniş müzakirə aparılıb. Tədbirdə mərkəzin rəhbərləri, müəllimləri və şagirdləri, Vətən müharibəsi iştirakçıları, ümumilikdə 150 nəfər iştirak edib.   

Müzakirəni giriş sözü ilə mərkəzin direktoru Kifayət Bayramova açaraq tədbirin məqsədini açıqlayıb xüsusi əhəmiyyəti olduğunu qeyd etdi. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Məhbubə Mustafayeva Nizami Fərəcov  fövqəladə hal anlayışı, təbii fəlakətlər, sel, daşqın, zəlzələ, yanğın təhlükəsizliyi, meşə yanğınları, su hövzələrində insanların təhlükəsizliyi, dəm qazından zəhərlənmənin profilaktikası, odsöndürən balonlardan istifadə qaydaları, "112” qaynar xətti” s. mövzulardan geniş məlumat verdilər. Eyni zamanda fövqəladə hallar zamanı təhlükəsizlik qaydalarına riayət olunması, insanların təxliyyə edilməsi haqqında barədə danışarkən, bu sahədə maarifləndirilmə işlərinin aparılması üçün təhsil müəssisəsində treninq-müşavirələrin keçirilməsi tövsiyə etdilər. Fövqəladə Hallar Nazirliyinin nümayəndələri təlim iştirakçılarının sualları cavablandırıldı

Maarifləndirici tədbirin mövzusu ilə bağlı videoçarxlar, o cümlədən mina təhlükəsizliyinə dair Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən hazırlanmış sənədli film nümayiş olundu, mərkəzin rəhbərliyinə təlimat kitabçaları və təbliğat materialları olan maarifləndirici, xəbərdaredici poster və bukletlər, plakatlar təqdim olundu. 

Müzakirə edilən məsələlər barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini  Kənan Mirzəyev, YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov çıxış etmişlər.

Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev çıxışında mərkəzin təhsilalanların və təhsilverənlərin diqqətini ölkəmiz üçün xarakterik olan təbii və texnogen xarakterli baş verə biləcək fövqəladə hadisələr zamanı davranış qaydalarının mənimsənilməsi, bu istiqamətdə onların bilik və bacarıqlarını artırmağın və maarifləndirmə prosesinin fasiləsizliyinin təmin edilməsinin vacibliyinə yönəldərək bu istiqamətlərdə davamlı tədbirlərin keçirilməsini qeyd etdi. 

Tədbirdən sonra Elm və Təhsil Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin  nümayəndələri mərkəzin rəhbərliyi ilə görüş keçirdi və təqdim olan metodiki tövsiyələr əsasında pedaqoji kollektivdə işin təşkili ilə bağlı fikir mübadiləsi aparıldı. Görüşün sonunda Azərbaycanı Yazıcılar Birliyinin üzvü Rövşən Ağayev Mərkəzin kitabxanasına Ümummilli Lider Heydər Əliyevin, onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin fəaliyyəti ilə bağlı kitablar hədiyyə edib. Bundan əlavə, yazıçının son illər çapdan çıxmış kitabları, həmçinin görkəmli elm xadimlərin müxtəlif mövzularla bağlı əsərləri da təqdim edilmişdir. 

R.Ağadədəbəyov