12 oktyabr 2024 23:34
490

58 yaşlı qadın toyda ölüb

Sumqayıtda 58 yaşlı qadın toyda ölüb.

“İki sahil” xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən şadlıq saraylarının birində qeydə alınıb.

Toy mərasimində iştirak edən 1966-cı il təvəllüdlü Nargilə Gülməmməd qızı Şabanovanın halı pisləşib və o elə restoranda dünyasını dəyişib.

Fakt araşdırılır. (APA)