Maliyyə Nazirliyinin Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”nın təsdiq edilməsi haqqında” 18 yanvar 2012-ci il tarixli qərarında dəyişiklik edib.
“İki sahil” xəbər verir ki, bununla bağlı nazir Samir Şərifov yeni qərar imzalayıb.
Qərara əsasən, dəvət edən tərəf ezam olunan işçini yaşayış yeri və yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 5 %-i qədər vəsait ödənilir.
Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 30 %-i qədər vəsait ödənilir.
Dəvət edən tərəf ezam olunan işçini yalnız yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 75 %-i qədər vəsait ödənilir.
Dəvət edən tərəfin xərcləri tam və yaxud qismən öz üzərinə götürməsi hər bir halda müvafiq sənədlər əsasında müəyyən edilir.
Nazirliyin Dövlət aparatının maliyyəsi şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Məcnun Məmmədov FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu ilə görüşüb
“AzerGold”un sədri: Filizçay layihəsinin 2031-2032-ci illərdə reallaşdırılması gözlənilir
Baş nazir: Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat mövzusunda konfrans keçirilib