Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlər üzrə koordinatoru və Səudiyyə Ərəbistanı üzrə inkişaf rəhbəri Filippo Malinvernonu qəbul edib.
“İki sahil” xəbər verir ki, qonaqlar qəbula görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Onlar Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçiriləcək İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcəklərini dedilər və bu tədbirin əhəmiyyətinə toxundular.
Prezident İlham Əliyev ölkəmizin həm Çin, həm də İtaliya ilə sıx münasibətlərinin olduğunu vurğuladı, hər iki ölkədən olan iş adamlarının Azərbaycana sərmayə yatırdıqlarını bildirdi.
Söhbət zamanı “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edildiyi xatırlandı, ölkəmizdə mövcud əlverişli biznes mühitinə toxunuldu, yerli sahibkarlarla yanaşı, xarici investorlar üçün yaradılmış münbit şəraitdən bəhs olundu.
Görüşdə yaşıl enerji, kibertəhlükəsizlik, təhsil və digər sahələrdə süni intellektin praktiki tətbiqi ilə bağlı fikir mübadiləsi aparıldı, ölkəmizlə bu şirkətlər arasında əməkdaşlıq imkanları müzakirə edildi.
İki ölkə arasında dostluq və strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə olunacaq
Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib
Ceyhun Bayramov “Sülh yolu ilə rifah: Transxəzər ticarət marşrutu və TRIPP-ə investisiya qoyuluşu” adlı tədbirdə çıxış edib
Ceyhun Bayramov konqresmenlə Azərbaycan-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıb