Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Kiprin xarici işlər naziri Konstantinos Kombosla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib. Görüş zamanı tərəflər siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb. Nazirlər, həmçinin Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı gündəliyi, regional proseslər, eləcə də Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində aparılan səylər barədə fikir mübadiləsi aparıb.
Ceyhun Bayramov konqresmenlə Azərbaycan-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıb
Fuad İsgəndərov etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib
Çinin Azərbaycandakı səfiri: Çin elmi-texniki innovasiyalar sahəsində dünya lideridir