23 sentyabr 2026 21:22
78

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariç ilə görüşərək Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələlərini müzakirə edib.

“İki sahil” xəbər verir ki, tərəflər Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin hazırkı vəziyyəti, keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində səylər və itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinin həyati əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar. Azərbaycan beynəlxalq humanitar hüquq və humanitar prinsiplərə sadiqliyini bir daha təsdiqləyib və qarşılıqlı maraqlara əsaslanan dialoqun vacibliyini vurğulayıb.