Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub.
19-20 sentyabrda həyata keçirilən proqram çərçivəsində məşqçilər üçün həm istirahət, həm də peşəkar fəaliyyətin müxtəlif istiqamətlərini əhatə edən tədbirlər keçirilib.
Proqramın ilk günündə iştirakçılar AGF-nin strategiyası və strukturu ilə bağlı baş katib Pərvin Piriyevin təqdimatı ilə tanış olublar. Ardınca Azərbaycan çempionatı üzrə analitik məlumatlar diqqətə çatdırılıb.
Fiziki hazırlıq mövzusunda Azərbaycan İdman Akademiyasında PhD təhsili alan, eyni zamanda Football Science Institute-də magistr təhsilini davam etdirən, Almaniyanın Maynts şəhərində futbol üzrə ümumi fiziki hazırlıq, məşqçilik və idman elmi istiqamətində kursda iştirak etmiş, ABŞ-ın Delaware Universitetində “International Coaching Enrichment Certificate Program” proqramını tamamlamış Hakim İbrahimov tərəfindən təlim keçirilib.
Daha sonra ANDOP Akademiyasında Nutrisiologiya və Dietologiya, Kıbrıs Universitetində Funksional Tibb Dietoloqu, İstanbul Universitetində Qidalanmanın İdarə Olunması, NutriHome Akademiyasında Global Cert və İATELS təsdiqli İdman Qidalanması, üzrə sertifikat proqramından keçmiş dietoloq Məhəmməd Abdullayev idmançıların düzgün qidalanmasıyla bağlı təqdimatla çıxış edib.
Növbəti gün əvvəlcə bir neçə gün öncə dünyasını dəyişmiş qadın güləşi üzrə milli komandanın məşqçisi Həsrət Məmmədyarovun məzarı ziyarət edilib. AGF-nin data bazasının yaradılması, UWW-nin göstəriciləri əsasında rəqib güləşçilərin təhlili və video-analizi mövzusunda Strategiya və Performans şöbəsinin əməkdaşı Murad Cabbarovun təqdimatı baş tutub.
Daha sonra məşqçilər komandalara bölünərək müzakirələr aparıblar. Yunan-Roma güləşi üzrə U17 milli komandanın böyük məşqçisi Rafiq Hüseynov yığma komandaya seçim qaydalarından, Məhəmməd Abdullayev isə idmanda düzgün çəkisalma prosesinin təşkilindən danışıblar. Müxtəlif yaş qrupları üzrə ölkə çempionatlarının keçirilmə tarixi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, iki günlük proqramda kollektivdaxili ünsiyyətin və fikir mübadiləsinin inkişafına yönəlmiş komandaqurucu oyunlar da yer verilib.
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var