2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 12 milyard 711,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9% az investisiya yönəldilib.
Bu barədə “İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 1,6 faiz azalıb. İstifadə olunmuş investisiyanın 6302,0 milyon manatı və ya 49,6 faizi məhsul istehsalı sahələrinə, 4743,8 milyon manatı (37,3 faizi) xidmət sahələrinə, 1665,3 milyon manatı (13,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 10578,7 milyon manatını və ya 83,2 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 9193,0 milyon manatı və ya 72,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Məcnun Məmmədov FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu ilə görüşüb
“AzerGold”un sədri: Filizçay layihəsinin 2031-2032-ci illərdə reallaşdırılması gözlənilir
Baş nazir: Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat mövzusunda konfrans keçirilib