Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-sentyabr aylarında 47,8 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox sənaye məhsulu istehsal edilmiş, məhsul istehsalı neft-qaz sektorunda 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 8,7 faiz artıb.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, sənaye məhsulunun 64 faizi mədənçıxarma sektorunda, 30,2 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
"Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,2 faiz artıb", - məlumatda qeyd olunur.
Məcnun Məmmədov FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu ilə görüşüb
“AzerGold”un sədri: Filizçay layihəsinin 2031-2032-ci illərdə reallaşdırılması gözlənilir
Baş nazir: Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat mövzusunda konfrans keçirilib