Azərbaycan və Türkiyə parlament sədrləri Cenevrədə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Numan Kurtulmuş “X” platformasında paylaşım edib.
TBMM sədri qeyd edib ki, Parlamentlərarası İttifaqın (PAİ) 149-cu Assambleyası çərçivəsində Cenevrədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.
“Ölkələrimiz arasında hər sahədə sıx inkişaf edən münasibətlərin getdikcə artmasından qarşılıqlı məmnunluğumuzu ifadə etdiyimiz görüşdə regional və qlobal hadisələri müzakirə etdik.
Görüşümüz zamanı biz də bir daha təsdiq etdik ki, biz beynəlxalq platformalarda həmrəy olduğumuz qardaş Azərbaycanla hər zaman çiyin-çiyinəyik”, - Kurtulmuş vurğulayıb.
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır