Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,95 ABŞ dolları, yaxud 2,42 % azalaraq 78,68 ABŞ dolları təşkil edib.
“İki sahil” xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 77,46 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Məcnun Məmmədov FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu ilə görüşüb
“AzerGold”un sədri: Filizçay layihəsinin 2031-2032-ci illərdə reallaşdırılması gözlənilir
Baş nazir: Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat mövzusunda konfrans keçirilib