Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov Beynəlxalq Astronavtika Federasiyasının vitse-prezidenti seçilib.
"İki sahil" bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, bu qərar bu gün Milan Konqresində Federasiyanın Baş Assambleyasının iclasında qəbul edilib. İclasda müzakirələrdən sonra Beynəlxalq Astronavtika Federasiyasının bürosu və komitə üzvləri S.Əsədovun namizədliyini dəstəkləyiblər.
"Bu təyinat ölkəmizin regional və beynəlxalq arenada yüksək nüfuzunun növbəti əyani göstəricisidir. Ölkəmiz üçün yüksək nailiyyət sayılan bu təyinat Azərbaycanın kosmik sahədə əldə etdiyi uğurların davamıdır", - deyə məlumatda qeyd olunub.
"Türk xalqları arasında kosmos sahəsində ilk yüksək vəzifə hesab olunan vitse-prezident postu ölkəmizin kosmos sahəsində də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq rolunu artıracaq. Büroda təmsil olunmaq Azərbaycanın dünyanın kosmik sənaye liderləri və siyasətçiləri ilə qazandığı əlaqələrlə Federasiya üzvləri arasındakı əməkdaşlığı gücləndirəcə", - deyə "Azərkosmos" bəyan edib.
Büro Beynəlxalq Astronavtika Federasiyasının əsas icra orqanıdır. Vitse-prezidentin əsas vəzifəsinə Baş Assambleyanın plenar iclaslarına, konqreslərinə, simpoziumlarına və Federasiyanın digər iclaslarına rəhbərlik etmək, Federasiyaya üzv olan kosmik qurumlara öz tövsiyələrini vermək, Baş Assambleyaya illik maliyyə hesabatının hazırlanmasına nəzarət etmək, Federasiya daxilində komitələri təyin etmək, üzvlər arasında əməkdaşlığı gücləndirmək daxildir.
S.Əsədovun vitse-prezident olaraq qlobal təşkilatda fəaliyyəti Azərbaycanın kosmik sahədə əldə etdiyi uğurların daha yüksək platformadan səsləndirilməsinə imkan verəcək.
Məcnun Məmmədov FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu ilə görüşüb
“AzerGold”un sədri: Filizçay layihəsinin 2031-2032-ci illərdə reallaşdırılması gözlənilir
Baş nazir: Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat mövzusunda konfrans keçirilib