Bu vaxta qədər Azərbaycanda sənaye zonaları üzrə 153 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Emil Hacıyev deyib.
O, bildirib ki, sahibkarlar tərəfindən sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya yatırılıb və 10500-dən artıq daimi iş yeri yaradılıb:
"Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manatdan çox investisiyanın yatırılması və 8400-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur".
Məcnun Məmmədov FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu ilə görüşüb
“AzerGold”un sədri: Filizçay layihəsinin 2031-2032-ci illərdə reallaşdırılması gözlənilir
Baş nazir: Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat mövzusunda konfrans keçirilib