15 oktyabr 2024 15:33
465

Hakan Fidan: "3+3" platformasının növbəti iclası oktyabrın 18-də İstanbulda keçiriləcək

"3+3" regional platformasının növbəti - üçüncü iclası oktyabrın 18-də İstanbulda keçiriləcək.

"İki sahil" TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.

"Bizə Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirləri qoşulacaq", - Fidan Ankarada iordaniyalı həmkarı ilə mətbuat konfransında bildirib.