Ağdərə şəhərində 190 evin tikintisi nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin İcraçı direktorun köməkçisi Həmid Mehdiyev Xəzər İnşaat Həftəsində deyib.
O qeyd edib ki, Xocalıda 56, Malbəyli və digər kəndlərdə 120 yaşayış binasının tikintisi nəzərdə tutulur.
"Suqovuşanda 5 ədəd 5 mərtəbəli binanın tikintisi yekunlaşmaq mərhələsindədir. Xankəndi şəhərinə məcburi köçkünlərin qayıdışı hələ başlamayıb, lakin 5 mindən çox dövlət və qeyri-dövlət strukturların nümayəndələri, əməkdaşlar orada məskunlaşıb. Qarabağ Universitetinin fəaliyyətə başlaması ilə 1200 tələbə məskunlaşıb", - deyə o əlavə edib.
Mikayıl Cabbarov və IsDB-nin prezidenti Bakının bankın İllik Toplantılarına hazırlıq səviyyəsini qiymətləndiriblər
Azərbaycan Qazaxıstan ilə maliyyə nəzarətində süni intellektin tətbiqini müzakirə edib