Azərbaycan 2025-ci il üçün Rusiyada turizm potensialının inkişafı üzrə ölkələr siyahısına daxil olub.
“İki sahil” xəbər verir ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyi Strateji Araşdırmalar Mərkəzi (SAM) ilə birlikdə 2025-ci il üçün turizm potensialının inkişafında hədəf ölkələri müəyyən edib. Soçidə keçirilən birinci beynəlxalq aviasiya və turizm forumunun platformasında çıxış edən SAM Beynəlxalq Turizmin İnkişafı Mərkəzinin direktoru Yuliya Maksutova bildirib ki, sıralamada Azərbaycan, Türkiyə, Belarus, Qazaxıstan, Özbəkistan və başqalarının adı var.
O əlavə edib ki, 2024-cü ildə Rusiya Federasiyasında ərəb turistlərin sayında artım müşahidə olunur. Qeyd edək ki, oktyabrın 25-də Moskvada ölkəmizin bütün turizm məhsullarını təbliğ edəcək Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyinin açılış mərasimi keçiriləcək. Mərasimdə Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Rusiya İqtisadi İnkişaf Nazirliyinin, Moskva meriyasının, turizm sektorunun aparıcı şirkətlərinin nümayəndələri iştirak edəcəklər.
Məcnun Məmmədov FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu ilə görüşüb
“AzerGold”un sədri: Filizçay layihəsinin 2031-2032-ci illərdə reallaşdırılması gözlənilir
Baş nazir: Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat mövzusunda konfrans keçirilib