“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ticarət və biznes üçün yeni imkanlar açacaq.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
“Rusiya MDB üzrə tərəfdaşları və İranla birlikdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizini təşviq edir. Biz dəmir yolu, avtomobil və dəniz daşımaları infrastrukturunun müasirləşdirilməsi və yenidən qurulması üçün kompleks tədbirlər həyata keçiririk. Bu, ticarət üçün yeni imkanlar açacaq və biznesə əlavə üstünlüklər qazandıracaq”, – o bildirib.
M.Mişustin vurğulayıb ki, ŞƏT ölkələrinin nəqliyyat əlaqəsinin təmin edilməsi, etibarlı və səmərəli logistika marşrutlarının qurulması istiqamətində işlər prioritet təşkil edir.
“Biz həm Şərq-Qərb, həm də “Şimal-Cənub” istiqamətində tranzit potensialından maksimum istifadə etməklə yük axınını artıra və vətəndaşların səfərlərinin daha rahat olmasını təmin edə biləcəyik”, - Baş nazir əlavə edib.
“AzerGold”un sədri: Filizçay layihəsinin 2031-2032-ci illərdə reallaşdırılması gözlənilir
Baş nazir: Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat mövzusunda konfrans keçirilib