2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 1 milyard 840,7 milyon manatının və yaxud 4,8 %-nin aksiz vergisinin payına düşəcəyi proqnozlaşdırılır.
"İki sahil" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 18,5 % çoxdur.
Aksiz vergisi üzrə daxilolmaların 1 milyard 655,7 milyon manatını və yaxud 89,95 %-ni İqtiisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 185 milyon manatını və yaxud 10,05 %-ni Dövlət Gömrük Komitəsi təmin edəcək. Bunlar isə 2023-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən müvafiq olaraq 21 % çox və eynidir.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.
Dövlət büdcəsi gəlirlərində neft gəlirlərinin payının 2030-cu ilədək 30 faizə qədər azaldılması nəzərdə tutulur
Asiyadan Avropaya qədər elektrik enerjisi şəbəkəki yaratmağı hədəfləyirik - Pərviz Şahbazov
İqtisadi şaxələndirmə üçün xarici investisiyaların cəlb edilməsinə fokuslanmışıq - Taleh Kazımov
“Carlsberg Group” ilə içki sənayesinin inkişafı üzrə strateji tərəfdaşlıq müzakirə edilib
SOCAR beynəlxalq fəaliyyətinin genişləndirilməsi üçün "Brookfield" ilə əməkdaşlıq edəcək