“Carlsberg Group” ilə içki sənayesinin inkişafı və istehsal imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub.
“İki sahil” xəbər verir ki, ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov “Carlsberg Group”un Mərkəzi və Şərqi Avropa və Hindistan üzrə icraçı vitse-prezidenti Niklos Kalaitzidakis ilə görüşüb.
Görüşdə “Carlsberg Group”la əməkdaşlığın inkişaf istiqamətləri və 2025–2029-cu illər üzrə Anlaşma Memorandumu çərçivəsində həyata keçirilən işlər nəzərdən keçirilib.
Pivə sənayesində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, xammal və qablaşdırmanın lokallaşdırılması, həmçinin regionda yeni biznes imkanlarının yaradılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycanda içki sənayesinin inkişafı, istehsal imkanlarının genişləndirilməsi və investisiya əməkdaşlığının yeni istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələləri də müzakirə ediblər.
“Orta Dəhliz: regional ticarət, bağlantı və dəyər zəncirləri” mövzusunda panel sessiya keçirilib
Dövlət büdcəsi gəlirlərində neft gəlirlərinin payının 2030-cu ilədək 30 faizə qədər azaldılması nəzərdə tutulur
Asiyadan Avropaya qədər elektrik enerjisi şəbəkəki yaratmağı hədəfləyirik - Pərviz Şahbazov
İqtisadi şaxələndirmə üçün xarici investisiyaların cəlb edilməsinə fokuslanmışıq - Taleh Kazımov
SOCAR beynəlxalq fəaliyyətinin genişləndirilməsi üçün "Brookfield" ilə əməkdaşlıq edəcək