2024-cü ilin yanvar- sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 5 milyard 837.3 milyon manat vəsait xərclənib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.9% çoxdur.
Qeyd edək ki, cari ilin sentyabr ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 1 milyard manata bərabər olub.
Xatırladaq ki, cari ilin yanvar-sentyabr ayları ərzində istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 13%-i toxuculuq məhsullarına, geyim və ayaqqabıların alınmasına sərf olunub.
Hesabat dövründə ölkədə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 316.4 milyon manat dəyərində məhsul istehsal edilib.
Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat mövzusunda konfrans keçirilib
Hacıqabulda növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib