Türkiyənin İstanbul şəhərində “3+3” regional platformasının nazirlər toplantısı başlayıb.
“İki sahil” xəbər verir ki, iclasda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.
İclasda Türkiyə, Rusiya, İran və Ermənistanın xarici işlər nazirləri Hakan Fidan, Sergey Lavrov, Abbas Ərakçi və Ararat Mirzoyan da iştirak edir.
Bundan əvvəl “3+3” regional platformasının beş ölkəsinin xarici işlər nazirlərinin (XİN) iclasın yekunları üzrə birgə bəyanat qəbul edəcəyi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli danışıqlar aparacaqları bildirilib.
Qeyd edək ki, “3+3” regional əməkdaşlıq platforması Azərbaycan və Türkiyə prezidentlərinin təşəbbüsü ilə yaradılıb. Lakin Gürcüstan bu formatda danışıqlarda iştirakdan imtina edib.
Bu tərəflərin sayca üçüncü görüşüdür. Bundan əvvəl birinci toplantı 2021-ci ilin dekabrında xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada, ikinci görüş isə 2023-cü ilin oktyabrında XİN başçılarının iştirakı ilə Tehranda reallaşıb.
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır