Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh prosesinin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcəyini bəyan edib.
“İki sahil” xəbər verir ki, ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edən dövlət başçısı xatırladıb ki, sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarı məhz Azərbaycan olub:
“Azərbaycan regional sülh gündəliyini dəstəkləyir. Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneədir. Azərbaycan prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcək”.
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır