Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və belə olaraq qalır.
"İki sahil” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu parlamentin sədri Alen Simonyan müxalifətçi deputat Qeqam Manukyanla mübahisə zamanı deyib.
“Mən başa düşürəm ki, hər bir sözdən yapışıb, bunun üzərində tezislər qurmaq, nəyi isə sübut etməyə çalışmaq olar, amma fakt faktlığında qalır: bizim haqqında danışdığımız ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və bu, indi də belədir”, - A.Simonyan vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Qarabağda əməliyyatı BMT Təhlükəsizlik Şurasının ən azı 3-4 qətnaməsi çərçivəsində həyata keçirib.
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib - YENİLƏNİB/FOTO