Milli Məclisin bu gün keçirilən “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
“İki sahil” xəbər verir ki, qanun layihəsində Azərbaycanda fiziki və hüquqi şəxslərin minatəmizləmə fəaliyyəti həyata keçirməsi, minatəmizləmə fəaliyyəti ilə bağlı məlumatların toplanılması, idarə olunması və istifadəsi üçün səlahiyyətli qurum tərəfindən minatəmizləmə fəaliyyətinə dair informasiya sisteminin formalaşdırılması, minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmə aparılması nəzərdə tutulur.
Bundan başqa, layihəyə əsasən, mina əleyhinə fəaliyyət sahəsində dövlət siyasətinin istiqamətləri, minatəmizləmə fəaliyyətində keyfiyyətə nəzarət qaydası müəyyənləşir.
Qanun layihəsində minatəmizləmə fəaliyyətinin keyfiyyətinə nəzarət çərçivəsində tələblərdə və standart əməliyyat prosedurlarında nəzərdə tutulmuş qaydada həmin fəaliyyətin monitorinqi və təhlükəli ərazilərin təmizləmə keyfiyyətinin qiymətləndirilməsinin həyata keçirilməsi də nəzərdə tutulur.
Sənəddə təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyətinə dair tələblər də əksini tapıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib - YENİLƏNİB/FOTO