Özəl uşaq bağçalarında dövlət müəssisələri üçün nəzərdə tutulmuş meyarlar tətbiq olunmalıdır.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov “Uşaq hüquqları haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, Azərbaycanda dövlətin müəyyənləşdirdiyi qaydalar özəl uşaq bağçalarında tətbiq edilmir: “Bir müddət əvvəl Bakı şəhərində çox ciddi pozuntular aşkarlanan uşaq müəssisəsi məlum oldu. Bu faktlar onu söyləməyə əsas verir ki, həmin müəssisələrin qeydiyyata alınması, lisenziya verilməsi, sonra onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi ciddi şəkildə reqlamentləşdirilməlidir. Müvafiq dövlət orqanları buna nəzarət etməlidir”.
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib - YENİLƏNİB/FOTO