Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri şəxsin həmin subyektlərdə həqiqi hərbi xidmətə (işə) qəbul olunmasından imtina edilməsi səbəblərini açıqlamaq öhdəliyi daşımayacaqlar.
“İki sahil” xəbər verir ki, bununla bağlı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, dəyişikliyin əsas məqsədi həmin subyektlərdə fəaliyyət istiqamətlərinə uyğun olaraq konfidensiallığın qorunub saxlanılmasıdır.
Layihəyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycanın kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hüquqlarının genişləndirilərək xarici dövlətlərin xüsusi xidmət və hüquq mühafizə orqanları ilə müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində də əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.
Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib - YENİLƏNİB/FOTO