BMT-nin Cenevrədəki mənzil-qərargahında Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib.
“İki sahil” bu barədə BTQ-nin sosial şəbəkələrdəki paylaşımlarına istinadla xəbər verir.
Bildirilib ki, tədbir dünyanın hər yerindən parlamentariləri, ekspertləri, siyasətçiləri və müstəqil xadimləri bir araya gətirərək Fransa və Niderlandın müstəmləkəçilik irsinin müzakirəsi üçün mühüm platformaya çevrilib. Müzakirələrdə əsas diqqət “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Pakt kontekstində ədalət, məsuliyyət və öz müqəddəratını təyinetmə məsələlərinə yönəldilib. Konfrans iştirakçıları müstəmləkəçilik dövründən miras qalmış problemlərin həlli yollarını axtarıblar.
Konfransın iştirakçıları arasında Qvadelupa, Korsika, Martinik, Yeni Kaledoniya, Fransız Qvianası, Qəmər Adaları İttifaqı, Fransız Polineziyası, Sent-Martin, Bonayre nümayəndələri də olub. Tədbirə Rusiya, İsveçrə və Qazaxıstanın diplomatik nümayəndə heyətləri də maraq göstərib.
Konfrans keçmiş müstəmləkələr üçün müstəmləkə keçmişini yenidən qiymətləndirmək və daha ədalətli gələcək qurmaq üçün yollar tapmaqda mühüm addım oldu. İştirakçılar belə görüşlərin mütəmadi olaraq keçiriləcəyinə və yığılan problemlərin həllinə kömək edəcəyinə ümidvar olduqlarını bildiriblər.
Bu arada BMT-nin Cenevrədəki ofisinin yaxınlığında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransa və Niderland müstəmləkələrindəki müstəqillik hərəkatlarının nümayəndələrinin dinc nümayişi keçirilib.
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib - YENİLƏNİB/FOTO
Milli Məclis: Avroparlamentdəki pozucu ünsürlər Azərbaycan-Ermənistan sülh prosesinə mane olmağa çalışır
Ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməlidir - TƏHLİL
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub