Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanı qlobal dayanıqlı su infrastrukturu proqramına daxil edib.
“İki sahil” xəbər verir ki, bunu İFC-nin Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova Bakıda keçirilən “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda 5-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda deyib.
"Dünyada su problemi dərinləşir və Azərbaycan bu prosesdən kənarda qalmır. Ölkədə artıq su qıtlığı hiss olunur. Havaların qeyri-sabit olması da vəziyyəti daha da pisləşdirir", - deyə o qeyd edib.
Bakıda görüşərik: BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Bakıdan bütün dünyanı salamlayıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək