Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 6 milyard 116,8 milyon ABŞ dolları məbləğində satış olub.
“İki sahil” bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,15 dəfə çoxdur.
Təkcə bu ay isə valyuta satışının məbləği 738,7 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 2,5 dəfə çoxdur.
Mikayıl Cabbarov: “Zəylik” alunit yataqları üzrə araşdırmalar davam etdiriləcək
"Azerbaijan International Mining Company Limited" şirkətinin hasilatı 7 dəfə artıb