01 noyabr 2024 17:27
660

Bakı metrosunda qatarların "Bakmil”ə hərəkət cədvəli növbəti dəfə dəyişdiriləcək

Noyabrın 4-də "Bakı Metropoliteni" QSC-də qatarların "Bakmil” stansiyasına hərəkət cədvəli növbəti dəfə dəyişdiriləcək.

“İki sahil” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, metroda dispetçer idarəetməsində tətbiq edilmiş innovativ rəqəmsal texnoloji yenilik uğurla 3-cü mərhələ sınağından keçirilib. İşlərin davamı kimi “Bakmil” stansiyasına gedən qatarların hərəkət cədvəli bu günə olan qaydaya uyğun təmin ediləcək.