Bu gün Bakının Yasamal rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.
“İki sahil” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, Yasamal rayonu, H.Zərdabi küçəsi 45 və 47 küçələrində dairəvi sistemin yaradılması ilə əlaqədar yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə noyabrın 4-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-quraşdırma işləri görülən müddətdə Yasamal rayonunun H.Zərdabi, M.Seyidov, Z.Xəlilov və N.Şəhriyar küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb