Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstanın dövlət başçısı Sadır Japarova ölkənin milli elektrik avtomobili olan "Togg" hədiyyə edib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 11-ci Zirvəsinə qatılmaq üçün Qırğızıstanda olan Ərdoğan Japarovla Prezident Sarayında görüşüb. Müqavilələrin imzalanma mərasimindən sonra Türkiyə lideri qırğızıstanlı həmkarına "Pamukkale" (ağ) rəngdə yerli istehsal olan avtomobil hədiyyə edib.
Japarov isə türkiyəli həmkarına at hədiyyə edib.
Xatırladaq ki, Japarov, həmçinin Ərdoğanı Qırğızıstanın ali dövlət mükafatı - birinci dərəcəli "Manas" ordeni ilə təltif edib.
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP VIII qurultayının çağırışları müzakirə olundu