Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qvineya-Bisau Respublikası ilə “yaşıl enerji” və dekarbonizasiya sahələrində əməkdaşlıq imkanlarını araşdırır.
“İki sahil” xəbər verir ki, bunu SOCAR prezidenti Rövşən Nəcəf “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Şirkət rəhbəri qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Qvineya-Bisau Respublikasının ətraf mühit naziri Viriato Kassami ilə görüşü olub: “Görüş zamanı “yaşıl enerji” və dekarbonizasiya sahələrində əməkdaşlıq imkanlarını araşdırdıq və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub”.
During our meeting with Viriato Cassami, the Minister of Environment of the Republic of Guinea-Bissau, within the framework of #COP29, we explored cooperation opportunities in the fields of #green #energy & #decarbonization and several issues of mutual interest were discussed at… pic.twitter.com/t32CyPd4hE
— Rovshan Najaf (@RovshanNajaf) November 11, 2024