13 noyabr 2024 02:50
133

ABŞ İndoneziya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək istəyir

Amerika Birləşmiş Ştatları İndoneziya ilə hərtərəfli strateji tərəfdaşlığını, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməyə sadiqdir.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden çərşənbə axşamı Ağ Evdə indoneziyalı həmkarı Prabovo Subiantonu qəbul edərkən bildirib.

Bayden xatırlatdıb ki, bu il Vaşinqton və Cakarta arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümüdür: “Mən fəxr edirəm ki, ölkələrimiz arasında tərəfdaşlıq həmişəkindən daha güclüdür və ASEAN (Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası - red.) ilə Hind və Sakit Okeanlar mərkəzi rol oynayır”. Onun sözlərinə görə, ABŞ hərtərəfli strateji tərəfdaşlığın, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.

ABŞ lideri İndoneziyanın təmiz enerjiyə keçiddə və iqlim dəyişikliyi ilə mübarizədə, eləcə də təhlükəsiz və davamlı təchizat zəncirlərinin qurulmasında kritik oyunçu olduğunu deyib.

Öz növbəsində Prabovo Subianto ABŞ-ı İndoneziyanın böyük dostu adlandırıb. Oktyabrın 20-də vəzifəsinin icrasına başlayan prezident deyib: "Birləşmiş Ştatlar müstəqillik uğrunda mübarizəmizdə bizi dəstəklədi və çətin anlarda dəfələrlə bizə kömək etdi. Ona görə də İndoneziya-ABŞ münasibətlərinin möhkəmlənməsi üçün çox çalışacağam".

O, Baydenlə danışıqlar başa çatdıqdan sonra Ağ Evdə jurnalistlərin suallarını cavablandırmayıb.

Məlumata görə, Baydenlə görüşdən əvvəl Prabovo Subianto yanvarın 20-də andiçmə mərasimi keçiriləcək ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığı aparıb.

Bundan əlavə, qeyd edilib ki, Prabovo Subiantonun ABŞ-dan əvvəl Çinə səfər etdiyi, daha sonra Peru və Braziliyaya, yekunda isə Yaxın Şərqə səfər etməyi planlaşdırır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”