13 noyabr 2024 16:16
95

BMT-nin Vyana bölməsinin Baş direktoru: Ətraf mühitə qarşı cinayətlər biomüxtəlifliyə birbaşa təsir göstərir

Biz Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətlər İdarəsi olaraq Bakıda keçirilən COP29 tədbirində iştirak etməkdən məmnunuq. Çünki iqlim gündəliyini, hüquq-mühafizə bucağını və ətraf mühitə qarşı cinayətlərin həllinin vacibliyini müzakirə etmək çox vacibdir.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində BMT-nin Vyana bölməsinin Baş direktoru, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (BMTNCİ) icraçı direktoru xanım Qada Vali söyləyib.

O bildirib ki, ətraf mühitə qarşı cinayətlərə meşələrin qırılması, çirklənmə, vəhşi təbiətin hər hansı qeyri-qanuni məhv edilməsi daxildir. Bunlar biomüxtəlifliyə birbaşa təsir göstərir.

“Həmçinin okeanların, suların çirklənməsi balıqçılığa təsir göstərir. Hüquq-mühafizə tədbirlərinin əhəmiyyəti barədə məlumatlılığı artırmaq, potensialın gücləndirilməsi və hüquq-mühafizə orqanları əməkdaşlarına texniki yardım göstərmək üçün üzv dövlətlərlə işləməyimiz çox vacibdir. Biz çox şadıq ki, COP29 iqlim dəyişmələrinin təsirinin azaldılmasını müzakirə etmək üçün üzv dövlətləri bir araya gətirməkdə uğur qazandı", - deyə Q.Vali vurğulayıb.